Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » MSK sədri Məzahir Pənahov mətbuat konfransı keçirdi
23.12.09 01:08

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçkilər” İnformasiya Mərkəzində bələdiyyə seçkiləri ilə bağlı mətbuat konfransı keçirdi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən M.Pənahov bildirdi ki, seçki komissiyalarında bələdiyyə seçkilərinin keçirilməsi üçün lazımi şərait yaradılıb. Artıq təbliğat-təşviqat prosesinin başa çatdığını xatırladan M.Pənahov sözügedən proseslə MSK-ya heç bir müraciətin daxil olmadığını söylədi. Seçkilərin 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçiriləcəyini diqqətə çatdıran MSK sədri bildirdi ki, seçkilərdə 1718 bələdiyyəyə 15 682 üzv seçiləcək. Onun sözlərinə görə, səsvermənin gedişi ilə bağlı sabah gün ərzində ictimaiyyətə 5 dəfə məlumat veriləcək. Bələdiyyə seçkilərinin prezident və parlament seçkilərindən fərqləndiyini açıqlayan M.Pənahov əlavə etdi ki, bu seçkilərdə 1718 fərqli bülleten üzrə səs veriləcəyi üçün səsvermənin gedişi ilə bağlı məlumatların operativliyi nisbətən geri qala bilər. “Amma maksimum dərəcədə ictimaiyyətə səsvermənin nəticələrinin operativ şəkildə çatdırılmasına, səsvermənin nəticələrinin MSK-nın saytına yerləşdirməyə çalışacağıq”,-deyə M.Pənahov əlavə edib. Seçkilərdə 31 minə qədər namizədin iştirak etdiyini söyləyən M.Pənahov bildirdi ki, onların 16 755-i 16 siyasi partiya, 14 073-ü fərdi, 147 nəfərin namizədliyi isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. O, seçkiləri izləyəcək müşahidəçilərin sayını da açıqladı. Bildirdi ki, yerli müşahidəçilərin 48 388-i DSK-da, 1160-ı isə MSK-da qeydiyyatdan keçib. Onun sözlərinə görə, prosesi izləmək üçün 52 beynəlxalq müşahidəçi qeydə alınıb. O, 500 məntəqədə veb-kameraların qurulduğunu da söylədi. Qeyd edək ki, səsvermə sabah saat 8.00-da başlayacaq və 19.00-da başa çatacaq.
URL / WWW
http://kelam.az/news/a-445.html