Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Nabukko” təhlükəsizlik üçün ciddi amil kimi qiymətləndirilməlidir”
14.09.11 20:17

“Bu günün reallığı göstərir ki, “Nabukko” Azərbaycan üçün vacib kəmərlərdən biridir və bu kəmər Azərbaycanın nüfuzu üçün də mühüm rol oynaya bilər”. Bu barədə “KƏLAMİNFO”ya Polşada keçirilən İqtisadi Forumdan qayıdan Azərbaycan nümayəndə heyətinin üzvü, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.Forumda “Nabukko” qaz kəmərinin də ciddi müzakirə olunduğunu deyən İ.Ağazadə qeyd edir ki, Avropa Birliyi bu layihənin baş tutmasında çox maraqlıdır. “Türkmənistan və Özbəkistanın “Nabukko”ya qoşulacağı təqdirdə mahiyyət etibarilə bu layihənin rentabelliyi arta bilər. Bu istiqamətdə də Xəzəryanı ölkələrin inteqrasiyası çox maraqlı proseslərdən biridir. Biz bu haqda da forumda fikirlərimizi bölüşdük. Avropa Azərbaycanın bu layihədə iştirakında çox maraqlıdır. Ancaq Rusiya çətinliklə də olsa hələ də Türkmənistan və Özbəkistan qazı ətrafında manevrlər edir. Bu məsələdə Rusiya Azərbaycana da əl atmaq istəyir, ölkəmizdən illik 1 milyard kubmetrə yaxın qaz alır. Bütün bu proseslərlə “Nabukko” layihəsi Rusiya tərəfindən əngəllənir” - deyə İ.Ağazadə vurğulayıb. Millət vəkili deyir ki, amma tərəflər bunu aradan qaldırmağı bacarmalı və “Nabukko”nu istər Azərbaycanın, istərsə bütövlükdə Cənubi Qafqazın, istərsə də Orta Asiyanın təhlükəsizliyi üçün ciddi amil kimi qiymətləndirməlidir.
URL / WWW
http://kelam.az/news/a-4447.html