Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib
23.12.09 01:08

Bu gün Bakıda, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyyətində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda AMEA prezidenti Mahmud Kərimov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, sənaye və energetika naziri Natiq Əliyev, təhsil nazirinin müavini İradə Hüseynova, Milli Məclisin bir qurup deputatı, ölkənin tanınmış akademikləri və digər məsul şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən AMEA prezidenti M.Kərimov iclasın gündəliyinə Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramının həyata keçirilməsi haqqında məsələnin daxil edildiyini bildirib. Onun sözlərinə görə, iclasda həmçinin AMEA-da, respublikanın digər elmi-tədqiqat və ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların yekunlarına dair hesabatlar haqqında müzakirələr aparılacaq. AMEA prezidenti yüksək ixtisaslı elmi və elmi pedaqoji kadrların hazırlanması haqqında və elmin istiqamətləri üzrə əlaqələndirmə şüraları haqqında məsələlərin də müzakirəsinin nəzərdə tutulduğunu söyləyib. AMEA-nın vitse prezidenti Arif Həşimov elmin inkişafı yönümündə Milli Strategiyanın həyata keçirilməsi yolları haqqında təkliflər barədə məlumat verib. Bu istiqamətdə aparılan geniş müzakirələrdən sonra gündəliyin digər məsələləri haqqında, o cümlədən ölkənin elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi tədqiqatların səviyyəsi haqqında iştirakçılar arasında geniş diskusiya olub. Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov son dövrlər ölkədə gənclərin elmə marağının az olmasından söhbət açıb. Onun sözlərinə görə, gənclər arasında aspirantların və doktorantların azalmasına ciddi səbəblərdən biri də bu sahəyə ayrılan məvacibin olduqca az olmasıdır.
URL / WWW
http://kelam.az/news/a-444.html