Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan və Türkiyə səhiyyə sistemində əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif layihələr həyata keçirəcək
13.09.11 19:22

Yaxın illərdə Azərbaycan və Türkiyə arasında səhiyyə sistemində əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif layihələr həyata keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Türkiyənin səhiyyə naziri Recep Akdağ bildirib. O qeyd edib ki, bu məqsədlə Ankara tərəfindən Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev Türkiyəyə dəvət olunub və yaxın vaxtlarda bu səfərin baş tutması gözlənilir. “İki qardaş ölkə üçün səhiyyə kifayət qədər həssas sahədir və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi vacibdir”-deyə R.Akdağ vurğulayıb. Onun sözlərinə görə, hal- hazırda Azərbaycanla Türkiyə arasında yeni səhiyyə sərgisi müzakirə olunur. “Bunun üçün bir-birimizə necə yardım edəcəyik, hansı nəticəyə gələcəyik kimi məsələlər müzakirələrimizin əsas mövzusudur” - deyə türkiyəli nazir əlavə edib. O, həmçinin deyib ki, müstəqilliyinin ilk illəri ilə müqayisədə Azərbaycan səhiyyəsi son 10 ildə kifayət qədər müasir təchizatlarla təchiz olunub. “Azərbaycan səhiyyəsinin xeyli imkanı var” - deyə o bildirib.
URL / WWW
http://kelam.az/news/a-4433.html