Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Türkiyədə erməni kilsəsi açılacaq
21.12.09 19:23

Türkiyənin cənub şərqindəki Van vilayətində olan tarixi Axtamar kilsəsi ibadət üçün açılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Van valisi Münir Karaoğlu verib. Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi ilə edilən yazışmalar müsbət nəticə verib. Kilsə 2010-cu ilin sentyabr ayının 12-də açılacaq. Vanın xarici turist potensialının əsasən İran və Ermənistan olduğunu vurğulayan vali Karaoğlu bildirib ki, hökumət bu ölkələr üçün lazım olan açılımı həyata keçirərsə 1 mln. turist hədəfinə ən yaxın vaxtda çatmaq olar. “Ermənistanla sərhəd qapılarının açılması üçün hökumətimizin ciddi fəaliyyəti var. Bu ölkə ilə sərhəd qapısının açılmasından ən çox Van yararlanacaq”,-deyə vali söyləyib. Xatırladaq ki, IX əsr memarlıq abidəsi olan Axtamar kilsəsi Van gölundəki kilsə ilə eyni adlı adada yerləşir.
URL / WWW
http://kelam.az/news/a-443.html