Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Vitse-spiker Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Misirdə səfərdədir
21.12.09 19:23

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Misirdə səfərdədir. Səfirlikdən KƏLAMİNFO-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan parlament nümayəndə heyəti Misirin Qalyubiyyə vilayətinin Qanatır Əl-Xeyriyyə şəhərində yerləşən Azərbaycan-Misir Dostluq Parkında ümummilli lider Heydər Əliyevin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Sonra Z.Əsgərov Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Amr Musa ilə görüşüb. Görüşdə Z.Əsgərov Azərbaycan rəhbərliyinin salamlarını Baş katibə çatdırıb, Azərbaycanın ƏDL ilə əməkdaşlığın inkişaf etdirilməsinə önəm verdiyini vurğulayıb. Vitse-spiker prezident İlham Əliyevin 2007-ci ilin mayında Misirə rəsmi səfəri çərçivəsində ƏDL Baş katibi və ƏDL-ə üzv ölkələrin səfirləri ilə görüşdəki nitqini xatırladıb, bunun ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi töhfə verdiyini bildirib. Baş katibi Liqanın Azərbaycana böyük önəm verdiyini vurğulayıb. Baş katib Azərbaycanın MƏR və Liviyadakı səfirinin Liqaya müşahidəçi statusunda qəbul edilməsinin ƏDL-in ölkəmizə verdiyi dəyərin nümunəsi olduğunu bildirib. Söhbət zamanı Baş katib ölkəmizin Cənubi Qafqazda oynadığı rol və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı atdığı addımlarla maraqlanıb. Z.Əsgərov Baş katibə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar, görülən işlər barədə müfəssəl məlumat verib, Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb. Səfər zamanı MM sədrinin birinci müavini həmçinin Misirin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə də görüşüb. Z.Əsgərov Azərbaycan həqiqətləri, ölkəmizdə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş islahat və layihələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər iki ölkənin prezidentləri və xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar barədə geniş məlumat verib, misirli jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırıb. Z.Əsgərov bütün ərəb və İslam aləmini Azərbaycanın haqlı mövqeyini həmişə dəstəkləməyə və münaqişənin tezliklə həllinə nail olmaq üçün Ermənistana təzyiqləri artırmağa çağırıb. Qeyd edək ki, bu gün Qahirədə İslam Konfransı Təşkilatının Parlament İttifaqının sessiyası öz işinə başlayacaq. Konfransda nümayəndə heyətləri başçıları səviyyəsində keçiriləcək toplantı zamanı və ümumilikdə səfər çərçivəsində MM nümayəndə heyətinin Misir rəsmiləri ilə görüşlər keçirməsi nəzərdə tutulu
URL / WWW
http://kelam.az/news/a-442.html