Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mərkəzi Seçki Komissiyası regionlarda kurslara başlayıb
12.09.11 20:42

Dairə Seçki komissiyalarının üzvləri və Məntəqə Seçki komissiyalarının sədrləri üçün nəzərdə tutulan kurslar sentyabrın 12-dən 14-dək regionlarda keçiriləcək. Bu barədə “KƏLAMİNFO”ya Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Kurslarda MSK üzvləri, məsul işçiləri, DSK sədrləri, müvafiq şəhər, rayon icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, rayon prokurorları, məhkəmə sədrləri və polis idarələrinin rəisləri mühazirələr oxuyacaqlar. Qeyd edək ki, MSK 2007-ci, 2009-cu və 2010-cu illərdə də dövlət başçısının “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirib.
URL / WWW
http://kelam.az/news/a-4416.html