Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Aydın Mirzəzadə: “Ermənistan nəticə çıxarmalıdır”
12.09.11 20:42

“Dağlıq Qarabağ münaqişəsinin müxtəlif səviyyələrdə müzakirələr edilməsi problemin beynəlxalq səviyyəli olduğuna dəlalət edir. Az-az ölkələr var ki, onların ərazi problemləri beynəlxalq siyasətin daimi gündəliyindədir. Bunlardan biri də Dağlıq Qarabağ məsələsidir”. “KƏLAMİNFO" xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. A.Mirzəzadənin fikrincə, Ermənistan istəyir ki, bu müzakirələr yalnız iki ölkə arasında aparılsın. Amma təcavüzkar dövlət buna nail ola bilmir. “Çünki ortada beynəlxalq hüquq normalarının pozulması, bir ölkənin digər ölkənin ərazisini işğal etməsi faktı var. Bu problemlə bağlı böyük dövlətlər vaxtaşırı müzakirələr aparırlar. Amma təəssüf ki, bəzən bütün bunlar müzakirələrdən o tərəfə getmir. Bununla belə, məsələnin daim gündəlikdə qalması problemin həlli yolunun olduğunu göstərir” - deyə o qeyd edib. YAP Siyasi Şurasının üzvü bildirib ki, bu mənada Türkiyə və Rusiya prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması önəmlidir. Onun sözlərinə görə, Azərbaycan üçün Türkiyə və Rusiya kənar dövlət deyillər. Onların hər ikisi Azərbaycanın yaxın qonşusu və dost ölkələrdir. “Buna görə də həmin dövlətlərin bu münaqişəni müzakirə etməsi problemin siyasi həllinə müəyyən qədər kömək edə bilər. Azərbaycan tərəfindən məsələ birdəfəlik qoyulur: Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır. Bu, prezidentlərin danışıqları nəticəsində, yoxsa böyük dövlətlərin təsiri ilə olacaq, bu başqa məsələdir. Ermənistan beynəlxalq hüquq normalarının kobud şəkildə pozduğunun fərqində olmalıdır və bundan nəticə çıxarmalıdır” - deyə A.Mirzəzadə vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-4415.html