Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyası Bakıya gəlib
21.12.09 19:23

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidə missiyası Bakıda səfərdədir. KƏLAMİNFO xəbər verir ki, nümayəndə heyəti bu gün görüşlərə başlayacaq. Heyətin Azərbaycan prezidenti İlham Əliyev və müxalifət partiyalarının nümayəndələri ilə görüşləri planlaşdırılır. Qonaqlar dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini müşahidə edəcəklər. Heyət səfərin yekunlarına dair dekabrın 24-də mətbuat konfransı keçirəcək. Qeyd edək ki, Türkiyədən olan deputat Qayə Doğanoğlunun rəhbərlik etdiyi missiyaya İstvan Borbel (Macarıstan), Jan-Klod Frikon (Fransa), Mikel Jukami (Hollandiya), Frensis Lek (Fransa), Niqel Mermaqen (Böyük Britaniya), Dobrika Molovanoviç (Serbiya), Xristofer Nyuberi (Böyük Britaniya), Paolo Rondeli (San-Marino), Lan Luis Testud (Fransa) daxildir. Bundan başqa missiyanın tərkibində Konqresin Katibliyinin əməkdaşları da təmsil olunur.
URL / WWW
http://kelam.az/news/a-441.html