Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » 11-ci Beynəlxalq Pestisidlər Forumunun yekununda Qəbələ Bəyannaməsi qəbul olunub
09.09.11 19:32

Qəbələdə keçirilən 11-ci Beynəlxalq Pestisidlər Forumu bu gün öz işini başa vurub. “KƏLAMİNFO” xəbər verir ki, forumun yekunu olaraq Qəbələ bəyannaməsi qəbul olunub. Bəyannaməyə görə, Azərbaycanda Davamlı Üzvi Çirkləndiricilər (DÜÇ) - pestisidlərin ekoloji təmiz məhv edilməsi ilə bağlı strategiya hazırlanacaq.Pestisidlərlə bağlı uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın strategiyası zəhərli kimyəvi maddə olan DDT-lərin və polixlorbifenillərin (PXB) ekoloji təmiz kənarlaşdırılması, PXB-li avadanlıqların dəyişdirilməsi, Dioksin/Furonların və 9 yeni DÜÇ maddələrinin inventarlaşdırılması, kimyəvi maddələrin reyestrinin hazırlanmasını və bu prosesdə ictimaiyyətin, QHT-lərin, özəl sektorun və alimlərin fəal iştirakının təmin olunmasını nəzərdə tutur. Bəyannamədə qeyd olunur ki, 2012-2015-ci illə ərzində Azərbaycan ərazisinin köhnəlmiş DÜÇ-pestisidlərindən tamamilə azad olunması imkanları gücləndiriləcək. Sənəddə onu imzalayanlar Azərbaycanın yaxın 10-12 il ərzində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında Davamlı Üzvi Çirkləndiricilərin ekoloji təmiz idarə olunması sahəsində ən qabaqcıl mövqelərdən birinin tutacağı qənaətində olduqlarını vurğulayıblar. Qeyd edək ki, sentyabrın 7-dən etibarən Qəbələdə keçirilən 11-ci Beynəlxalq Pestisid Forumunda 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert iştirak edib. 12-ci Beynəlxalq Pestisid Forumu isə 2013-cü ildə Sloveniyada keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-4402.html