Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda təhsil sərgisi keçiriləcək
26.10.09 22:57

Oktyabrın 31-də “Hyat Regency” otelinin Bakı zalında Malayziya universitetlərinin təhsil sərgisi keçiriləcək. Bu barədə məlumatı Təhsil Nazirliyindən veriblər. Sərgidə Malayziya Kebangsaan, Putra Universiteti, Multimedia, Curtin Texnologiya, Limkokwing Yaradıcı Texnologiya universitetləri və Kasturi Beynəlxalq Kolleci iştirak edəcəklər. Qeyd edək ki, Malayziya universitetləri xaricdən gələn tələbələr üçün münasib təhsil xərcləri əsasında müxtəlif istiqamətlər üzrə təhsil proqramları təklif edir. Bundan başqa, Malayziyada Avstraliya və Birləşmiş Krallığın bir sıra universitetlərinin filialları fəaliyyət göstərir və tələbələr bu universitetlərdə də yüksək keyfiyyətli təhsil almaq imkanı əldə edirlər. Xatırladaq ki, sərgi noyabrın 1-də başa çatacaq.
URL / WWW
http://kelam.az/news/a-44.html