Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Barak Obama: “Amerika bir nömrəli mövqeyinə qayıdacaq”
09.09.11 19:32

ABŞ prezidenti Barak Obama bu gün Konqres qarşısında çıxış edib. Prezident yeni iş yerlərinin açılması və iqtisadi artım məsələlərinə toxunub. Televiziya ilə nümayiş etdirilən çıxışı zamanı ABŞ dövlət başçısı 14 milyon işsiz amerikalının iş yerləri ilə təmin edilməsi planından bəhs edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, prezident çıxışı zamanı bildirib ki, vergilərin ixtisarı və iş yerlərinin qısa zamanda artırılması üçün şərait yaradılmasına yönələn hökumət xərclərinə 300 milyardlıq dollar məsrəf daxildir. Obama vaxtının sona çatmasına az qalmış əmək haqqı vergilərinin ixtisarına, infrastrukturun inkişaf etdirilməsinə dair layihələrin yaradılmasına, hökumətin yerli və ştat orqanlarına yardım məqsədi ilə işlər görməyə çağırıb. Barak Obama Konqresi onun yeni iqtisadi planının sabah təsdiq edilməsinə səsləyib. Prezident deyib ki, iş yerləri ilə bağlı qanunun təsdiqi kiçik şirkətlərin yeni iş yerləri açmasını təmin edəcək. O, yüz minlərlə insanın uşaqları və özlərinin gələcəyinə ümid yaradacağını deyib. ABŞ dövlət başçısı bildirib ki, böyük korporasiyalar və zəngin amerikalılar öz paylarını ödəməlidir. Prezident hər bir şəxs üçün vergi kodeksi yaradılmalı olduğunu deyib. Barak Obama deyib ki, Amerika bir nömrəli mövqeyinə qayıdacaq.
URL / WWW
http://kelam.az/news/a-4390.html