Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ermənistanda ordudakı ölüm hallarına qarşı etiraz aksiyası keçirilib
08.09.11 19:29

Bu gün Ermənistan paytaxtında növbəti etiraz aksiyası keçirilib. «Ordu reallıqda» etiraz aksiyasının iştirakçıları əvvəlcə parlament, sonra isə prezident iqamətgahı qarşısında əllərində öldürülən əsgərlərin fotoları ilə aksiya keçiriblər. Aksiya zamanı onlar küçədən keçənləri ötüb keçməməyi və onlara qoşulmağa çağırıblar. «KƏLAMİNFO» «PanARMENIAN.Net»a istinadən xəbər verir ki, Helsinski Assosiasiyasının Vanadzor ofisinin rəhbəri Artur Saçunç bildirib ki, belə aksiyalar mütəmadi xarakter daşıyacaq: «Biz ordudakı qətliamların baş verməyəcəyinə və onlara son qoyulacağına dair təminat tələb edirik. Eləcə də orduda insidentlərin azalması bəyanatları ilə məhdudlaşmaq istəmirik». Onun sözlərinə görə, ordu cəmiyyət üçün şəffaf olmalıdır. «Biz hərbi sirlərin açılmasını istəmirik, lakin cəmiyyət orduda nələrin baş verdiyini bilməlidir - deyə Sakunç vurğulayıb. O bildirib ki, 2007-2011-ci illər ərzində orduda 282 nəfər ölüb ki, onların da yalnız 28-i atəşkəsin pozulması zamanı ölüb. Qeyd edək ki, Ermənistan polisi narazılıq edən valideynlərin qarşısını almaqda aciz olub. Onları prezident iqamətgahının qarşısına buraxmamaq üçün sədd çəkməli olublar. Kütlə «Qatillər, qatillər» qışqırmaqla binaya girmək istəyib.
URL / WWW
http://kelam.az/news/a-4383.html