Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Qızıl və gümüş medalla təltif olunmuş şagirdlərin hamısı ali məktəbə daxil olub
08.09.11 19:29

Ötən dərs ilində qızıl və gümüş medalla təltif olunmuş 53 şagirdin (37 nəfər qızıl, 16 nəfər gümüş medala layiq görülüb) hamısı ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər. 2010-2011-ci tədris ilində ilk dəfə olaraq, təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış tam orta təhsil üzrə məzunlar qızıl və gümüş medalla təltif ediliblər. Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib. Qızıl və gümüş medallar verilərkən Təhsil Nazirliyinin keçirdiyi yoxlama və buraxılış imtahanlarının, həmçinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarının nəticələri də nəzərə alınır. Qızıl və gümüş medalla təltif olunmuş şagirdlərin hamısı ən yüksək balla ölkəmizin aparıcı universitetlərinə və dünyanın nüfuzlu ali məktəblərinə daxil olublar. Həmçinin ölkədə keçirilən fənn olimpiadalarının qalibləri və orta məktəbi əla qiymətlərlə bitirən şagirdlər də qəbul imtahanlarında yüksək nəticələr göstəriblər.
URL / WWW
http://kelam.az/news/a-4378.html