Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Edvard Nalbandyan: Sülh prosesinə nativ yoxdur
07.09.11 22:20

Dağlıq Qarabağ münaqişəsinin effektiv həlli üçün sülh prosesinə nativ yoxdur. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Edvard Nalbandyan AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort ilə keçirdiyi mətbuat konfransında deyib. Nazir xüsusi nümayəndəni bu posta seçilməsi münasibətilə təbrik edib və ona səlahiyyətlərin icrasını uğurla həyata keçirməyi arzulayıb: «Biz bu gün Ermənistanla AB arasında fikir mübadiləsi aparılması yollarını müzakirə etdik». O, hazırda AB ilə Ermənistan arasında dərin və hərtərəfli azad iqtisadi zonanın yaradılması sahəsində hazırlıq işlərinin aparıldığını deyib. Erməni nazir ümidvardır ki, yaxın vaxtlarda viza rejiminin liberallaşması, uzaq perspektivdə isə onun ləğv edilməsi ilə bağlı razılığa gəlmək mümkün olacaq: «Biz regional məsələlərə, o cümlədən Qarabağ üzrə danışıqlar prosesində son tendensiyalara müraciət etdik. Mən AB-nin danışıqlar prosesində rolunun artırmaq səylərini yüksək qiymətləndirirəm».
URL / WWW
http://kelam.az/news/a-4369.html