Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Kür və Araz çayının ərazisində daha 7-8 sutəmizləyici qurğu quraşdırılacaq
07.09.11 22:20

Ölkə başçısının sərəncamlarına əsasən, yaxın müddətə Azərbaycanın Kür və Araz çayının ərazisində daha 7-8 sutəmizləyici qurğu quraşdırılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib. O qeyd edib ki, ilin sonuna qədər yeni qurğuların test rejimində istifadəyə verilməsi gözlənilir. “Həmin qurğular müstəqil şəkildə uzun müddət işləməyi bacarır, özləri özlərini avtomatik yuyur və istismarı daha asandır. Yeni sutəmizləyici qurğuların üç-dörd ay test edilib gələn ilin birinci rübünə kimi istifadəyə verilməsi gözlənilir” - deyə H.Bağırov vurğulayıb. Nazir bir neft konsorsiumunun köməyi ilə ictimai qurum tərəfindən sutəmizləyici qurğuların rayonlarda quraşdırıldığını bildirərək qeyd edib ki, həmin qurğuların çoxu işləmir. “Çünki o qurğular çoxlu elektrik enerjisi tələb edir, bəsit qurğulardır, tez sıradan çıxır. Həmin qurğuları istifadə edən şirkətlər bizə müraciət edirlər ki, bunlar yığışdırılsın və bizim başqa kənddə quraşdırdığımız qurğulardan qurulsun” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-4362.html