Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Paytaxtda viza müddəti keçmiş Pakistan vətəndaşı saxlanılıb
18.12.09 20:55

Bu gün Bakıda, metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında viza müddəti keçmiş, qeyri-qanuni səyyar ticarətlə məşğul olan Pakistan vətəndaşı saxlanılıb. KƏLAMİNFO xəbər verir ki, hadisəyə səbəb bir həmyerlimizin dünən ondan aldığı keyfiyyətsiz bəzək əşyasının bu gün geri qaytarmaq istəməsi olub.Həmyerlimiz aldığı bəzək əşyasının keyfiyyətsiz çıxdığını və onu geri götürülməsinin tələb etdiyi zaman, Pakistan vətəndaşı alınan maldan imtina edib aradan çıxmağa cəhd göstərib. Bu zaman həmyerlimiz yaxınlıqdakı polis əməkdaşlarına müraciət edib. Səyyar ticarətlə məşğul olan Paksitan vətəndaşı isə polis əməkdaşları tərəfindən saxlanılıb və sənədləri yoxlanılarkən onun viza müddətinin bitdiyi aşkarlanıb. Polis əməkdaşları dərhal faktla bağlı aidiyyatı tədbir görməyə başlayıblar. Qeyd edək ki, son zamanlar paytaxtada miqrant səyyar ticarətçilərin sayı durmadan artır.
URL / WWW
http://kelam.az/news/a-436.html