Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Elmar Məmmədyarov Serbiyada ikitərəfli görüşlər keçirib
06.09.11 19:14

Serbiyanın paytaxtı Belqrad şəhərində Qoşulmama Hərəkatının 50 illik yubileyinə həsr olunmuş xarici işlər nazirləri səviyyəsində növbəti tədbir işə başlayıb. Tədbirdə 106 ölkəni təmsil edən nümayəndə heyətləri iştirak edir. Tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. XİN-in mətbuat xidmətindən ‘KƏLAMİNFO”ya verilən məlumata görə, tədbir zamanı E.Məmmədyarov Mavriki xarici işlər naziri Arvin Boolel və Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər naziri Murad Medelsi ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb Nazir E.Məmmədyarov eyni zamanda Monteneqronun xarici işlər naziri Milan Roçen ilə də görüşüb. Görüş zamanı əsasən Monteneqro prezidentinin Azərbaycana nəzərdə tutulan rəsmi səfərinə hazırlıq məsələləri və səfər zamanı imzalanması təklif edilən ikitərəfli sənədlər barədə ətraflı fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
URL / WWW
http://kelam.az/news/a-4355.html