Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Kristos Pirqurides: Azərbaycanda milli-dini dözümlülük Avropa tərəfindən qəbul olunan faktdır
06.09.11 15:17

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirquridesi qəbul edib. DQİDK-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə H.Orucov bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı onun sosial siyasət konsepsiyasında əsas yerlərdən birini tutur. Onun sözlərinə görə, ölkəmizdə həmişə bütün dinlərə və onların mənsublarına hörmətlə yanaşılıb, dindarların öz ibadətlərini layiqincə yerinə yetirmələri üçün hər cür şərait yaradılıb: “Beynəlxalq aləmdə belə bir Azərbaycan gerçəkliyi təsdiqlənib ki, ölkəmiz dünyaya yalnız neft deyil, milli-dini tolerantlığı da eksport edə bilər. Bu qədim və humanist ənənənin qorunub saxlanmasında ulu öndər Heydər Əliyevin xüsusilə böyük xidmətləri olub. Bu gün prezidentimiz İlham Əliyev həmin siyasəti uğurla davam etdirir” deyən H.Orucov bildirib ki, təxminən bir neçə ay öncə on illiyi qeyd edilən DQİDK çoxmillətli və müxtəlif konfessiyalı Azərbaycanda dövlət-din münasibətlərini ədalətli və demokratik qanunlar əsasında tənzimləmək gerçəkliyindən, ölkədə vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoqa dəstək olmaq zərurətindən yaranıb. Məqsəd vətəndaş cəmiyyəti quruculuğu prosesində dini qurumlarla yerli və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsində fəal iştirak etməkdən ibarət olub. K.Pirqurides etiraf edib ki, Azərbaycanda milli-dini dözümlülük mühiti Avropa ictimaiyyəti tərəfindən qəbul olunan faktdır: “Tolerantlığın dövlət siyasəti olduğu belə bir ölkəyə səfər etmək xoşdur” deyən komitə sədri xüsusi vurğulayıb ki, Azərbaycanda vicdan azadlığı və tolerantlıq ancaq Konstitusiya və digər qanunlarla deyil, həm də milli-dini dəyərlərlə qorunur. Ölkəmizə ilk dəfə beş il əvvəl gəldiyini diqqətə çatdıran AŞ PA nümayəndəsi bu səfərində Azərbaycanda şahidi olduğu sosial-iqtisadi inkişaf sürətindən məftunluğunu ifadə edib. Ermənistanın işğalçı mövqeyinin ən ağır ittihamçılarından olduğunu bildirən K.Pirqurides düşmən qoşunlarının Azərbaycan torpaqlarından geri çıxarmalarını təkid etdiyini söyləyib. Görüşdə insan hüquqları sahəsində əməkdaşlıqla bağlı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadilələri aparılıb.
URL / WWW
http://kelam.az/news/a-4341.html