Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Dünya Uşaq Ədəbiyyatının inciləri - Alman ədəbiyyatı” sərgisi keçirilib
18.12.09 20:55

Bu gün Bakıda F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Almaniyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “2009-cu ilin “Uşaq ili” elan olunması ilə əlaqədar “Dünya Uşaq Ədəbiyyatının inciləri - Alman ədəbiyyatı” sərgisi keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun məsləhətçisi Samir Abbasov, Almaniyanın Azərbaycandakı səfiri Per Stançina, səfirliyin mədəniyyət şöbəsinin nümayəndələri, uşaq yazıçıları Gülzar İbrahimova, Sevinc Nuruqızı, “Altun” Nəşriyyatının redaktoru Rafiq İsmayılov, Kitab Klubunun əməkdaşları, şair Oqtay Rza, KİV nümayəndələri, kitabxana işçiləri, məktəblilər iştirak ediblər. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva təşkil olunmuş sərginin əhəmiyyətindən danışıb. O, bu sərgidə uşaqların alman yazıçılarının əsərləri ilə yaxından tanış ola biləcəklərini bildirib. Almaniyanın ölkəmizdəki səfiri isə nümayiş etdirilən kitab və plakatlarda sülhə çağırış, müharibəsiz cəmiyyət, bərabərlik, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq tolerantlıq kimi hisslərin aşılandığını qeyd edib. P.Stançina Azərbaycanda keçirilən Almaniya mədəniyyət günlərinin davamı olaraq “Dünya uşaq ədəbiyyatının inciləri” adlı kitab sərgisinin keçirildiyini bildirib və sülh mövzusunda hazırlanmış plakatları kitabxanaya hədiyyə edib. Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi sektorunun məsləhətçisi Samir Abbasov çıxışında respublikada son illər kitabxana-informasiya sahəsində, latın qrafikalı dünya ədəbiyyatının nəşrində dövlət qayğısından danışaraq bu cür tədbirlərin uşaqlarda elmə, kitaba, mütaliəyə olan marağın artmasına səbəb olduğunu bildirib.
URL / WWW
http://kelam.az/news/a-434.html