Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » AMEA İTİ-nin əməkdaşları Cənubi Koreyaya ezam olunublar
26.08.11 16:54

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev və sektor müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev Koreya Milli Araşdırmalar Fondunun dəvəti ilə Cənubi Koreyaya yola düşüblər. İnstitutdan “Azadinform”a verilən məlumata görə, bu münasibətilə institutda müşavirə keçirilib və ezam olunan alimlərin qarşısında duran əsas vəzifələr bir daha müzakirə olunub. Qeyd edək ki, ezamiyyət 1 il müddətində informasiya təhlükəsizliyi ilə bağlı elmi-tədqiqat işlərinin aparılması və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədini daşıyır. Y.İmamverdiyev Yonse Universitetinin (Seul şəhəri) Biometrik Texnologiyalar Tədqiqat Mərkəzində (BERC), R.Şıxəliyev isə Seul Milli Universitetinin nəzdindəki Yeni Media və Kommunikasiya İnstitutunun “Kompüter şəbəkələri və təhlükəsizlik” laboratoriyasında birgə tədqiqatlarda iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/news/a-4292.html