Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında"qərara dəyişiklik edilib
26.08.11 16:54

Nazirlər Kabineti "Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" qərarına dəyişikliklər edib. Bu barədə məlumatı “Azadinform”a Nazirlər Kabinetindən veriblər. Qərara əsasən, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"na aşağıdakı məzmunda 2.2-1-ci və 2.2-2-ci bəndlər əlavə edilib. Belə ki, 2.2-1 bəndlərinə görə, AR İnzibati Xətalar Məcəlləsinin 35.2-ci maddəsində nəzərdə tutulmuş hallarda şəxsin törətdiyi inzibati xətalar balla qiymətləndirilən xətalara aiddirsə, həmin xətalara dair işlərə baxılarkən yalnız daha ciddi xətaya görə müəyyən edilmiş bal təyin edilir. 2.2-2-ci bəndə əsasən isə şəxsin müxtəlif vaxtlarda törətdiyi balla qiymətləndirilən bir neçə inzibati xətaya dair işlərə baxılarkən, daha ciddi xətaya görə müəyyən edilmiş bal və hər bir digər xətaya görə bir bal toplanaraq təyin edilir.
URL / WWW
http://kelam.az/news/a-4291.html