Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Diasporumuzun ermənilərin qondarma konsertinə etiraz aksiyası genişlənir
26.08.11 16:54

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi sentyabrın 16-dan 22-nə kimi Almaniyada keçiriləcək Ermənistan Mədəniyyəti günləri çərçivəsində nəzərdə tutulan “20 il Dağlıq Qarabağ Respublikası” adlı konsert proqramına qarşı yazılı etiraz aksiyası təşkil edib. Bu barədə məlumatı “Azadinform”a Diasporla İş üzrə Dövlət Komitəsindən veriblər. Yazılı etiraz aksiyasına Almaniyada fəaliyyət göstərən bir sıra cəmiyyətlər, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası, Hannover şəhərində fəaliyyət göstərən “Xəzər” Cəmiyyəti, Maqdeburq şəhərində fəaliyyət göstərən Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan dostluq cəmiyyəti, Drezden şəhərində fəaliyyət göstərən ALM.AZ cəmiyyəti, Berlin-Bakı Qalereyası, Almaniyadakı Türk-Azərbaycan Birliyi, Almaniya-Azərbaycan Dostluq Cəmiyyəti qoşulublar. Baden-Würtemberq əyalətinin hökumət rəhbərliyinə və Ştutqart şəhərinin baş bələdiyyə rəisinə açıq etiraz məktubları göndərilib. Məktubda Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti, BMT-nin qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi, Azərbaycanın dünyada tolerant bir dövlət kimi tanınması və ölkəmizdə demokratiyanın inkişafı haqda məlumat verilib, ermənilərin dırnaqarası tədbirlərinin qarşısının alınmasının vacibliyi və bu cür haqsızlığa qarşı etiraz öz əksini tapıb. Qeyd edək ki, məktubu həmyerlilərimizlə yanaşı, yəhudi və alman icmalarının nümayəndələri də imzalayıblar.
URL / WWW
http://kelam.az/news/a-4290.html