Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbərini qəbul edib
26.08.11 16:54

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqayı qəbul edib. XİN-in mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, səfir K.Tarqay Azərbaycana yeni səfir təyin olunmasından məmnun olduğunu bildirib və fəaliyyəti dövründə rəhbərlik etdiyi təşkilatın Azərbaycanın Xarici İşlər Nazirliyi ilə sıx və səmərəli əlaqələr quracağını bildirib. Öz növbəsində E.Məmmədyarov K.Tarqayı təyinatı münasibəti ilə təbrik edib, ATƏT-in Bakı ofisi ilə daim sıx və səmərəli əlaqələrin olduğunu qeyd edərək bu əməkdaşlığın daha da genişlənəcəyi və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Nazir səfirə yeni iş yerində müvəffəqiyyətlər arzulayıb.
URL / WWW
http://kelam.az/news/a-4288.html