Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclisdə bir sıra xarici dövlətlərin BMT yanında daimi nümayəndələri ilə görüş olub
26.08.11 16:54

Azərbaycanda səfərdə olan Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra-Leone, Şri-Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələri bu gün Milli Məclisdə olublar. Parlamentdən “Azadinform”a bildiriblər ki, nümayəndə heyəti Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüblər. Komitənin sədri Səməd Seyidov qonaqlara Azərbaycanın dövlətçilik tarixi, Milli Məclisin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Komissiya sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə sıx əməkdaşlıq edir. Avropa Şurasının tamhüquqlu üzvü kimi Avropa İttifaqının bütün proqramlarında fəal iştirak edir. S.Seyidov BMT-yə üzv ölkələrin daimi nümayəndələrinin bundan əvvəl də ölkəmizə səfər etdiklərini xatırladıb və bu cür səfərlərin əlaqələrimizin hərtərəfli inkişafında mühüm rol oynadığını qeyd edib. Komitə üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Qənirə Paşayeva, Ceyhun Osmanlı Azərbaycanın müstəqillik tarixi, sosial-iqtisadi inkişafı, eləcə də üzləşdiyi problemlərdən danışıblar. Deputatlar Ermənistanın Azərbaycan torpaqlarının 20 faizdən çoxunu işğal etməsinin, bir milyondan artıq insanın 20 ildən çoxdur ki, qaçqın və məcburi köçkün həyatı yaşamasının, BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar qəbul etdiyi dörd qətnamənin hələ də kağız üzərində qalmasının haqlı narazılıq doğurduğunu bildiriblər.
URL / WWW
http://kelam.az/news/a-4285.html