Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » YAP-ın səlahiyyətli nümayəndələri Qubada partiyanın bələdiyyə üzvlüyünə namizədləri ilə görüş keçiriblər
17.12.09 20:24

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri Quba şəhərində partiyanın bələdiyyə üzvlüyünə namizədləri ilə görüş keçiriblər. YAP-ın mətbuat xdmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev və deputat Əhəd Abıyev iştirak edib. Görüşdə YAP-ın Quba rayon təşkilatının sədri Fuad Orucov bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində həyata keçirilən hazırlıq işləri və seçicilərlə görüşlər barədə ətraflı məlumat verib. Seçicilərlə görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndələri bələdiyyələrin ölkəmizdə dövlət quruculuğu prosesində yerindən və rolundan bəhs edib, bələdiyyələrin rolunun daha da gücləndirilməsi üçün bir sıra vacib addımların atıldığını qeyd ediblər. Görüşdə iştirak edən Quba seçiciləri 23 dekabrda YAP-nın namizədlərini dəstəkləyəcəklərini bəyan ediblər.
URL / WWW
http://kelam.az/news/a-428.html