Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İraq Türkiyəyə nota verib
25.08.11 20:14

İraq Türkiyənin Şimali İraqda PKK terrorçularına qarşı keçirdiyi əməliyyatlar səbəbi ilə bu ölkəyə nota verib. “KƏLAMİNFO” “Hurriyət” qəzetinə istinadən xəbər verir ki, İraq Xarici İşlər Nazirliyinin rəsmi internet saytında yayılan məlumata görə, Türkiyənin Bağdad səfiri Murad Özçelik bu məqsədlə XİN-ə dəvət olunub. Səfiri qəbul edən xarici işlər nazirinin müavini Məhəmməd Cavad əl-Durki Türkiyənin Şimali İraqda sərhədi pozduğunu deyib və burda aparılan hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edib. Qeyd edək ki, bu məlumat iki dildə fəaliyyət göstərən saytın sadəcə ərəbcə hissəsində yerləşdirilib.
URL / WWW
http://kelam.az/news/a-4273.html