Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bu gün daha iki cüdoçumuz London Olimpiadasına lisenziya uğrunda mübarizə aparacaq
24.08.11 18:10

Paris şəhərində təşkl olunmuş London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatının 2-ci günündə daha iki idmançımız Olimpiadaya seçim meyarı olan reytinq xalları uğrunda mübarizə aparacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsidən veriblər.
Belə ki, kişilər arasında 73 kq kategoriyalı Renat Mirzəliyev Mavrikiya adasının təmsilçisi Paulin Mak Leon ilə 15-ci sırada görüşəcək. Qadınlar arasında isə 57 kq kategoriyalı idmançımız Kifayət Qasımova Haitini təmsil edən Jan Batist ANJ Mersi adlı idmançıyla 10-cu sırada  yarışacaq. Xatırladaq ki, dünya çempionatının 1-ci günündə 60 kq çəki dərəcəsində Muşkiyev İlqar bürünc medal qazanıb. Qeyd edək ki, təsəlliverici yarışda həmyerlimiz erməni mənşəli Rusiya Federasiya idmançısı Rasten Galstyana qalib gəlib.
136 ölkədən 950-yə yaxın idmançının qüvvəsini sınadığı yarışda 1-ci yerin sahibləri 500 lisenziya xalı qazanacaqlar. İkinci yer 300 xal, 3-cü yer 200 xal, 5-ci yer 100 xal, 7-ci yer 80 xal, 1/16 yer 60 xal, 1/32-ci yer 40 xal qazandıracaq.
URL / WWW
http://kelam.az/news/a-4271.html