Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İB-nin xaricdə nümayəndəlikləri yaradılacaq
19.08.11 20:02

Xarici ölkələrdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin nümayəndəliklərinin yaradılması ilə bağlı işlər davam edir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə yap.org.az saytına ictimai birliyin sədri Bayram Səfərov məlumat verib. B.Səfərov bildirib ki, artıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində xeyli irəliləyiş əldə olunub və bu da müsbət nəticələr verməkdədir. Onun sözlərinə görə, Azərbaycan dövləti bu məsələyə xüsusi diqqət yetirir və görülən işlər öz bəhrəsini verir. “Eyni zamanda, xarici ölkələrdəki səfirliklərimiz, diaspor təşkilatlarımız bu işdə çox fəaldırlar. Biz də “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi olaraq Ermənistanın işğalçılıq siyasətini beynəlxalq müstəvidə ifşa etmək fəaliyyətimizi davam etdiririk” - deyə o vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-4238.html