Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Politoloq: “Rusiyada seçki qabağı mübarizədə Qarabağ siyasəti ciddi kart kimi oynanılır”
19.08.11 20:02

“Hazırda Qarabağ problemi ilə bağlı danışıqlarda irəliləyiş məsələnin açarı rolunu oynayan Moskvadakı vəziyyətdən, daha doğrusu Baş nazir Vladimir Putin və prezident Dmitri Medvedev qarşıdurmasının nəticələrindən asılıdır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. Politoloq deyib ki, Kremldəki bu vəziyyətin də nə ilə bitəcəyini indi heç kəs bilmir. “Yəni, Ermənistan prezidenti Serj Sarkisyan Rusiyanın bir qanadından aldığı əmrlərə tabedir. O qanad, Qarabağ münaqişəsinin həllində ümumiyyətlə maraqlı deyil. D.Medvedev isə istərdi ki, hansısa inkişaf olsun. Lakin, onun gücü S.Sarkisyanı inandırmağa çatmır. Beləcə, hər hansısa irəliləyiş üçün mən əsas görmürəm”,-deyə R.Ağayev vurğulayıb. Ekspert deyib ki, Rusiyada yaxınlaşan prezident seçkiləri ərəfəsində və ondan sonra cərəyan edən proseslərin axarı Qarabağ məsələsinə də təsir edəcək. “Hazırda Rusiyada seçki qabağı ciddi mübarizə gedir və Rusiyanın xarici siyasəti, xüsusən də Cənubi Qafqaz, Qarabağ siyasəti bu mübarizədə ciddi kart kimi oynanılır”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-4237.html