Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ölkə ərazisində qısamüddətli yağışlı hava şəraiti gözlənilir
17.08.11 21:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı proqnozlaşdırılıb. Mülayim şimal-qərb küləyi əsəcəyi, arabir güclənəcəyinə baxmayaraq, havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 30-34 dərəcə, Abşeron çimərliklərində isə dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında da avqustun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Paytaxtdan fərqli olaraq bölgələrimizdə yalnız mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək.
URL / WWW
http://kelam.az/news/a-4215.html