Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub
16.12.09 20:46

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olub. Məhkəmənin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər Almaniya Federal Konstitusiya Məhkəməsinin dəvəti və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə baş tutub. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib. Almaniya Federal Konstitusiya Məhkəməsinin sədr əvəzi Andreas Vosküxle və bir sıra hakimlərlə keçirilmiş görüşlərdə konstitusiya ədalət mühakiməsi sahəsində hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Berlin şəhərində Almaniya İdarəçilik İnstututunda hazırlıq kursları keçən Qafqaz ölkələrinin dövlət qulluqçuları üçün Almaniyanın konstitusiya hüququ üzrə alim və mütəxəssislərin iştirakı ilə Azərbaycan Konstitusiya Məhkəməsinin son illərdəki fəaliyyətinə dair məruzə və mülahizələr təqdim edilib.
URL / WWW
http://kelam.az/news/a-420.html