Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Roland Kobia: “Bu o demək deyil ki, bütün proses iflasa uğrayıb”
16.08.11 19:17

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı ciddi nəticənin əldə edilməməsi ruh düşkünlüyü yaratmamalıdır. Kazan görüşündə Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində razılığa gələ bilməyiblər, ancaq bu o demək deyil ki, bütün proses iflasa uğrayıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.
Kazan görüşündə uğurun əldə edilməməsini məyusedici hal kimi dəyərləndirən R.Kobia Soçidəki görüşün kifayət qədər pozitiv keçdiyini qeyd edib: “İstəyirik ki, danışıqlar prosesi davam etsin. Beynəlxalq birlik də öz dəstəyini verməkdə davam edəcək. Düşünmürük ki, nizamlama prosesi iflasa uğrayıb”,-R.Kobia qoşunların təmas xəttində baş verən insidentlərə də münasibət bildirib: “Cəbhə xəttində baş verən insidentlər bizi kədərləndirir. Atəşkəs olduğuna görə, istər Ermənistan, istərsə də Azərbaycan tərəfdən bu cür hadisələr baş verməməlidir. Orada heç kim ölməməlidir. Hər iki tərəf atəşkəs rejiminə hörmətlə yanaşmalıdır”.
URL / WWW
http://kelam.az/news/a-4198.html