Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə dəyişiklər edilib
16.08.11 19:17

“Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin yeni variantının parlamentin payız sessiyası ərzində müzakirəyə çıxarılması gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı məlumat verib.
M.İbrahimqızı bildirib ki, artıq sənəd üzərində iş başa çatıb. Onun sözlərinə görə, qanun layihəsində xeyli dəyişiklik edilib. Başlıca dəyişiklik isə ilk müzakirələrdə deputatlar tərəfindən etirazla qarşılanan “surroqat ana” və s. bağlı məsələlərdir. “Müzakirələrdə bu məsələlər ciddi narazılıq doğururdu. Təbii ki, milli mentalitetimiz və ailə adətlərimiz bütün bunları nəzərə almağı zəruri edir”,-deyə M.İbrahimqızı vurğulayıb.
Millət vəkili yenidən işlənilən qanun layihəsinə ana və uşaq sağlamlığı ilə bağlı yeni məsələlərin salındığını da qeyd edib.
URL / WWW
http://kelam.az/news/a-4194.html