Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Növbəti seçkilərdə ABŞ prezidenti Hollivud aktyoru ola bilər!?
16.08.11 19:17

Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Hollivud aktyoru Matt Damonun “Demokrat”ların namizədi olması istənilir. “KƏLAMİNFO” xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın təhsil və xarici siyasətdəki uğursuzluqlarını təhlil edən ekspertlər Damonun Ronald Reyqan və Arnold Şvartsneqqer kimi siyasətçi ola biləcəyini bildiriblər. 
Qeyd edək ki, bu məsələdə ilk təklif amerikalı müxalif rejissor Maykl Murdan gəlib. Damonun bu posta layiq olmasına səbəb kimi açıq fikirli olması, deyilməsi lazım olan sözləri heç kimə əhəmiyyət vermədən söyləməsi və düşüncələrini ehtirasla müdafiə etməsidir. Məqalədə prezident Barak Obamanın reytinqinin aşağı düşdüyü və 40 yaşlı aktyorun artıq Obamaya ən böyük rəqib olacağını düşünənlərin sayının günbəgün artdığı bildirilir.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2012-ci ildə keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-4191.html