Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Tanınmışların sənədlərinin toplanılaraq şəxsi fondlarının rəsmiləşdirilməsi davam edir
16.08.11 19:17

Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə görkəmli mədəniyyət və incəsənət nümayəndələrinin yaradıcılığını təcəssüm etdirən sənədlərin təqdimatı davam edir. Arxivdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sənədləri təqdim olunan növbəti tanınmış aktyor bənzərsiz rolları ilə yaddaşlara həkk olunan Əfrasiyab Məmmədovdur. 
Bildirilib ki, sənədlər sırasına mərhum sənətkarın kino və tamaşalarda tərəf müqabili olduğu, həmçinin dövrünün görkəmli adamları ilə çəkdirdiyi fotoşəkillərlə bərabər, "Koroğlu", "Qızmar günəş altında", "Kişi sözü" filmlərində, "Otello", "Vaqif", "Ailə namusu" və digər səhnə əsərlərində oynadığı rolları əks etdirən fotoşəkillər daxildir.
Qeyd edək ki, hazırda arxivin əməkdaşları təqdim edilmiş materialların siyahısını hazırlayır. Yaxın vaxtlarda Ə.Məmmədovla bağlı digər materialların da arxivə təqdim olunacağı və bütün işlərin qaydaya salındıqdan sonra Əfrasiyab Məmmədovun şəxsi fondu rəsmiləşdiriləcəyi gözlənilir.
Xatırladaq ki, materialları arxivə Ə.Məmmədovun qohumu, rejissor Yaqub Əliyev təqdim edib.
URL / WWW
http://kelam.az/news/a-4190.html