Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Qlobal İstiləşmə və İqlim Dəyişkənliyi” mövzusunda Dəyirmi masa keçirildi
16.12.09 20:46

Bu gün Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu tərəfindən “Qlobal İstiləşmə və İqlim Dəyişkənliyi” mövzusunda Dəyirmi masa keçirildi. KƏLAMİNFO xəbər verir ki, Fondun prezidenti Rauf Sultanov bildirdi ki, bu cür tədbirlərin keçirilməsində məqsəd dünyada və ölkəmizdə olan “Qlobal İstiləşmə və İqlim Dəyişkənliyi” problemini ictimaiyyətə çatdırmaq, bunun üçün görülən işlər və mövzuya aid müzakirələrə şərait yaratmaqdır. Tədbirdə Fondun ekoloq-eksperti Sadiq Rzayev Azərbaycanın ümumtəhsil məktəblərində də bu problemlə əlaqədar maariflədirici işlərin aparıldığını bildirdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mlli Hidrometralogiya Departamentinin direktor müavini Məmmədəli Həsənov isə mövzu ilə əlaqədar dekabırın 17-18-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində 100-dən çox ölkənin rəsmi nümayəndələrinin iştirakı ilə sammit keçiriləcəyini vurğuladı.
URL / WWW
http://kelam.az/news/a-419.html