Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan Somaliyə yardım ilə əlaqədar BMT-nin Çoxtərəfli Etimad Fondu ilə saziş imzalayıb
12.08.11 19:45

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev və BMT-nin Çoxtərəfli Etimad Fondunun Ofisinin icraçı əlaqələndiricisi Bisrat Akiullu müvafiq olaraq Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramı adından Somalidə Ümumi Humanitar Fond üçün Standart İnzibati Sazişi imzalayıblar. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sazişi imzalamaqla, Azərbaycan hökuməti Somalidə qida böhranının aradan qaldırılması və Somali xalqının əzabının azaldılması istiqamətində davam edən beynəlxalq və milli səylərə dəstəklə bağlı Somali hökumətinin və digər beynəlxalq təşkilatların təcili yardım çağırışlarına cavab verib. Sazişə əsasən, Azərbaycan hökuməti yuxarıdakı məqsədlər üçün 100 min ABŞ dolları ayırıb və bu məbləğ Saziş imzalandıqdan dərhal sonra Çoxtərəfli Etimad Fondunun Ofisi vasitəsilə Somalidə Ümumi Humanitar Fonda köçürülüb.
URL / WWW
http://kelam.az/news/a-4189.html