Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Nazir müavini: “Azərbaycan dövləti gənclər siyasətinə xüsusi önəm verir”
10.08.11 14:58

Bu gün Azərbaycan dövləti gənclər siyasətinə xüsusi önəm verir. Gənclər və İdman Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bunları bu gün “MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi”nin Qəbələdə keçirilən açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. O qeyd edib ki, Azərbaycan dövləti gənclərin dünyanın müxtəlif ölkələrinin gəncləri ilə sıx əlaqələr qurmasında maraqlıdır. “Bu günün gəncləri gələcəyin dövlət, ictimai və elm xadimləri olacaqlar. Ona görə də xarici ölkələrin gəncləri Azərbaycanı tanıyarsa, ölkəmizin gəncləri ilə dostluq münasibətləri qurarsa, onlar gələcəkdə öz ölkələri ilə Azərbaycan arasında hər hansı problemin yaranmasına imkan verməzlər” - deyə İ.Babayev vurğulayıb. Qeyd edək ki, MDB-yə üzv ölkələrin Hökümətlərarası Humanitar Əməkdaşlıq Fondunun və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ATGTİ 8-13 avqust tarixlərində Qəbələ şəhərində “MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi”ni keçirir.
URL / WWW
http://kelam.az/news/a-4156.html