Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İyulda ETSN-nin “Qaynar xətt”inə 120 müraciət daxil olub
09.08.11 19:03

Cari ilin iyul ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə 120 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən veriblər. Nazirliyin əməkdaşları tərəfindən daxil olan müraciətlər yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Belə ki, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 34 müraciət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənmiş və qanunamüvafiq tədbirlər görülüb. 18 müraciət öz təsdiqini tapmayıb, 6 müraciət isə icradadır.Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 62 müraciətdən 59-na yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib, 1 müraciət əsassız hesab edilib, 2 müraciət isə icradadır. Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanma, faunanın mühafizəsi və meşə fondu torpaqlarının zəbt olunması ilə əlaqədar daxil olmuş 24 müraciətdən 3-ü ilə bağlı qanunamüvafiq tədbirlər görülüb, 4 müraciət icradadır. 17 müraciət isə Nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb. Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
URL / WWW
http://kelam.az/news/a-4149.html