Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bu gün Milli Məclisin növbəti iclası keçirildi
15.12.09 20:32

Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. KƏLAMİNFO xəbər verir ki, iclasda AR İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə qanun layihəsi müzakirə olundu. Sənəd barədə məlumat verən MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov bildirdi ki, təqdim olunan qanun layihəsinə bir sıra dəyişikliklər təklif olunub. İclasda həmçinin “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanunu layihəsi, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun layihəsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsi (ikinci oxunuşda) müzakirə olundu. Millət vəkilləri çıxış edərək iclasın gündəliyinə təqdim olunan qanun layihələri barədə öz fikir və təkliflərini səsləndirdilər.
URL / WWW
http://kelam.az/news/a-413.html