Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclis adından ABŞ Konqresi və prezidentinə müraciət hazırlanması üçün komissiya yaradıldı
15.12.09 20:32

Spiker Oqtay Əsədov ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma Dağlıq Qarabağ Respublikasına 8 mln. dollar vəsait ayırması məsələsinə münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında O.Əsədov bildirib ki, ABŞ prezidenti Barak Obamanın göndərdiyi büdcə layihəsində, habelə Senatın büdcəsində Dağlıq Qarabağın adı olmayıb. “Təəssüf ki, Konqres belə bir addım atdı. Ermənistana vəsait ayırmaları öz işləridir. Lakin Azərbaycanın başı üzərindən Dağlıq Qarabağla bağlı bu addımı atmaq ədalətsizlikdir. Erməni diasporu ABŞ Konqresinə minnətdarlıq məktubu yazıb ki, iki erməni dövlətinə yardım ayırdıqlarına görə sağ olsunlar. Ancaq Azərbaycana ayrılan 22 mln. dollarla bağlı qeyd edirlər ki, rəsmi Bakı təminat verməlidir ki, bu vəsait müharibəyə sərf olunmayacaq. Mən də düşünürəm ki, belə bir komissiya yaratmalıyıq. Bu komissiya ayrıca Konqresə də, ABŞ prezidentinə də müraciət etməlidir. Milli Məclis adından müraciət qəbul etməliyik”,-deyə spiker vurğulayıb. Sonra deputatlar Musa Quliyev, Əli Hüseynov, Fəttah Heydərov, Nəsib Nəsibli, Yevda Abramov, Həvva Məmmədova, Elman Məmmədov və Gülər Əhmədovdan ibarət komissiya yaradılıb. Günün ikinci yarısında isə komissiya Milli Məclis adından ABŞ prezidentinə və Senata müraciət ünvanlayacaq.
URL / WWW
http://kelam.az/news/a-411.html