Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Millət vəkili İqbal Ağazadə: ‘‘ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyi Azərbaycanın mövqeyi ilə uzlaşmır”
15.12.09 20:32

ABŞ birinci dəfə deyil separatçı rejimə maliyyə yardımı ayırır. ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya və Fransanın da mövqeyi Azərbaycanın mövqeyi ilə uzlaşmır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə deputat İqbal Ağazadə çıxış edib. İ.Ağazadə təklif edib ki, parlamentdə təkcə ABŞ-ın qondarma respublikaya yardım ayırması məsələsi deyil, ümumiyyətlə Dağlıq Qarabağla bağlı aparılan sülh danışıqları ilə bağlı hesabat dinlənilməlidir. “Təklif edirəm ki, Milli Məclisin Qarabağ problemi ilə bağlı xüsusi iclası keçirilsin. İclasa xarici işlər naziri də dəvət olunsun. Nazir millət vəkillərinə danışıqların gedişi ilə bağlı məlumat versin. Çünki bizdə olan məlumata görə, münaqişənin həlli ilə bağlı aparılan sülh danışıqlarında istifadə olunan “Madrid prinsipləri”nin bir sıra bəndləri Azərbaycan Konstitusiyasına ziddir”,-deyə deputat vurğuladı.
URL / WWW
http://kelam.az/news/a-410.html