Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanda 1000-ə yaxın küçə uşağı var
26.10.09 22:57

Bu gün “Park-inn” otelində “Azərbaycanda uşaqların vəziyyəti və BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasına dair vətandaş cəmiyyətinin və uşaqların nativ Hesabatı“na həsr olunan konfrans keçirildi. Konfransda çıxış edən Uşaq Hüquqları Klinikasının sədri Nazir Quliyev son dövrlər uşaqlar arasıdakı cinsi və fiziki zorakılıq halları ilə əlaqədar olan mövcud vəziyyətlə bağlı məlumat verdi. Sözügedən hallarla bağlı kilinikaya müxtəlif regionlar, o cümlədən Bakı şəhərindən çoxsaylı faktların daxil olduğunu vurğulayan N.Quliyev bildirdi ki, bu halların qarşısının alınması üçün Azərbaycanda uşaq hüqlarının müdafiəsi üzrə hüquqi müdafiə fəaliyyətinin gücləndirilməsi və gənc vəkillərin hazırlanmasına ehtiyac var. Azərbaycanda Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə küçə uşaqları ilə bağlı rəsmi göstəricilər barədə məlumat verdi. O, bildirdi ki, rəsmi məlumata görə, küçə uşaqlarının sayı 208, qeyri-rəsmi məlumatlara görə isə, onların sayı 500-1000 nəfər arasındadır. Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurumda 425 küçə uşağı qeydiyyatdan keçib.
URL / WWW
http://kelam.az/news/a-41.html