Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Avropa Xalqlar Partiyasının Araşdırma Qrupunun Azərbaycana səfəri gözlənilir
15.12.09 20:32

Yaxın vaxtlarda Avropa Xalqlar Partiyasının Araşdırma Qrupunun Azərbaycana gəlməsi gözlənilir. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Asəf Hacıyev verib. A.Hacıyev bildirib ki, AXP-nin tədbirində iştirak etmək üçün Bürüsselə səfərlərində məqsəd Yeni Azərbaycan Partiyasının (YAP) bu təşkilata müşahidəçi statusu ilə üzv olmaq niyyəti ilə bağlı olub. Onun sözlərinə görə, Avropa Xalqlar Partiyasının nümayəndələri məsələ ilə əlaqədar müəyyən görüşlər keçirəcək.“Partiyamızın geniş beynəlxalq əlaqələri mövcuddur. Dünyanın bir sıra nüfuzlu partiyaları ilə ikitərəfli və beynəlxalq tədbirlər çərçivəsində əməkdaşlıq edirik. Bu baxımdan çox nüfuzlu Avropa Xalqlar Partiyasında müşahidəçi statusu ilə təmsil olunmaq böyük əhəmiyyət kəsb edir. Bu, beynəlxalq əlaqələrin daha da genişləndirilməsi ilə yanaşı, YAP-ın fəaliyyəti haqqında da Avropaya geniş bilgilər verəcək. Avropada aparıcı siyasi güc olan quruma üzv olmaq istəyi ilə biz Avropa dəyərlərini, insan hüquqlarını, demokratik dəyərləri yüksək tutduğumuzu nümayiş etdiririk. Eyni zamanda, dünyanın aparıcı partiyalarının sıralarına qoşulmaq istiqamətində addımlar atırıq”,-deyə A.Hacıyev vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-409.html