Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Teatr Muzeyinin 75 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçiriləcək
15.12.09 20:32

Sabah Mədəniyyət və Turizm Nazirliyi Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birgə Muzey Mərkəzində Teatr Muzeyinin 75 illik yubileyi ilə əlaqədar təntənəli mərasim keçirəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.Rəsmi və bədii hissədən ibarət bu tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova,Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və digər ictimai xadimlər iştirak edəcəklər. Qeyd dək ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934- cü ildə yaradılıb. Şərqdə və Cənubi Qafqazda öz profilinə görə yeganə muzeydir. 1927-ci ilin noyabr ayında keçmiş Tağıyev Teatrının binasında yerləşən Dram Teatrının foyesində muzeyin Sidqi Ruhullanın şəxsi arxivindən ibarət ilk sərgisi açılıb. 1928-ci ildən 1934-cü ilə qədər teatr şöbəsi kimi fəaliyyət göstərən muzey 1934-cü ildə Dövlət statusu alır və noyabrın 25-də Azərbaycan Dövlət Teatr Muzeyinin açılışı olur. 1935-ci ildə muzeyə Cəfər Cabbarlının adı verilir. Əsas fondunda 135.000 artıq eksponat toplanmış muzeydə görkəmli sənətkarlarımızın 700-ə yaxın şəxsi arxivi, Azərbaycan peşəkar teatrının yarandığı tarixdən bu günə qədər müxtəlif janrlarda ilk teatr tamaşalarının proqram və afişaları, əlyazmalar, memorial əşyalar, rejissor eksplikasiyaları, rol dəftərləri, müxtəlif tamaşalardan çəkilmiş foto və neqativlər, səhnə əsərlərinə verilmiş dekorasiya və geyim eskizləri, maketlər, obrazlara tikilmiş kostyumlar, rekvizitlər qorunur və nümayiş etdirilir.
URL / WWW
http://kelam.az/news/a-404.html