Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Hüsnü Mübarək yeməkdən imtina edir
27.07.11 19:28

Misirin dövlət xəbər agentliyi MENA məlumat verir ki, hospitalda olan və gələn həftə məhkəmə qarşısına çıxarılacaq keçmiş prezident Hüsnü Mübarək zəifləyib və yeməkdən imtina edib. «KƏLAMİNFO» «Mignews»ə istinadən xəbər verir ki, Mübarəkin vəziyyəti hazırda müzakirə olunan mövzulardan biridir. Bir çox misirli hesab edir ki, 83 yaşlı Mübarəkin xəstəliyi ona məhkəmə qarşısında dayanmağa imkan verməyəcək. Hüsnü Mübarək bu ilin fevral ayında xalq üsyanları nəticəsində istefaya getməyə məcbur olub. O, kütləvi etirazlar zamanı etirazçılara qarşı atəş açmaq əmri verməkdə ittiham edilir. Hüsnü Mübarək avqustun 3-də bu ittihama cavab vermək üçün məhkəmə qarşısına çıxarılacaq.
URL / WWW
http://kelam.az/news/a-4030.html