Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Bakı İslam Mədəniyyətinin Paytaxtı–2009” ili çərçivəsində II Beynəlxalq Nəsimi Elmi Konfransı öz işinə başlayıb
14.12.09 20:19

Bu gün AMEA-nın Rəyasət Heyətinin böyük akt zalında “Bakı İslam Mədəniyyətinin Paytaxtı – 2009” ili çərçivəsində Azərbaycanın görkəmli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş II Beynəlxalq Nəsimi Elmi Konfransı öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfrans AMEA, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birgə təşkil olunub. Konfransda Hələb vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Qacca, Hələb vilayətinin müftisi, doktor Mahmud Ökkəm, Nəsiminin yaradıcılığı ilə məşğul olan alimlər İsam Qəsəbçi və Məhəmməd Kamal, habelə İran İslam Respublikasından professor Cavad Heyət iştirak edirlər. Konfrans çərçivəsində Hələb şəhərində yerləşən İmadəddin Nəsiminin türbəsində yenidənqurma və genişləndirmə işlərinin aparılması istiqamətində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın prezidenti Mahmud Kərimov, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə, Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, akademik Bəkir Nəbiyev, millət vəkilləri Gövhər Baxşəliyev, Rəfael Hüseynov və digərləri İ.Nəsimi yaradıcılığı ilə bağlı məruzə ilə çıxış ediblər. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İmadəddin Nəsiminin türbəsinin bərpası, yenidən qurulması, orada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması barədə təkliflər hazırlanıb. Ötən ilin noyabrında İmadəddin Nəsiminin uyuduğu Hələb şəhərində böyük şairin həyat və yaradıcılığına həsr olunmuş I elmi konfrans keçirilib. Cari ildə 640 illik yubileyi qeyd olunan Nəsiminin xatirəsinə həsr olunmuş tədbirlər, onun məqbərəsinin yenidən qurulması ilə bağlı görülən işlər prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında həyata keçirilir. Dekabrın 16-dək davam edəcək konfransın işinin nəticələrinin müzakirəsi “Nəsimi” filminin nümayişi ilə başa çatacaq. Konfransda Azərbaycanın görkəmli alimlərinin çıxışları dinləniləcək.
URL / WWW
http://kelam.az/news/a-403.html