Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Polşa prezidenti tanınmış polşalı mühəndis Pavel Pototskinin məzarını ziyarət edib
26.07.11 19:27

Polşa prezidenti Bronislav Komorovski bu gün Bibiheybət buxtasında tanınmış polşalı mühəndis, Azərbaycanda neft sənayesinin inkişafında böyük xidməti olan Pavel Pototskinin məzarını ziyarət edib. “KƏLAMİNFO” xəbər verir ki, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanda neft sənayesinin, o cümlədən dəniz yataqlarından neft hasilatının tarixi, bu işdə əhəmiyyətli rol oynamış istedadlı mühəndis Pavel Pototskinin fəaliyyəti haqqında qonağa məlumat verib. Bildirilib ki, 1901-ci ildə dünyada çıxarılan neftin yarıdan çoxu (10,75 milyon ton), Rusiyada isə 95 faizi Azərbaycanın payına düşürdü. Hasilatı daha da artırmaq üçün hələ 1909-cu ildən Xəzər dənizinin Bibiheybət buxtasında neft mədəni yaratmaq təşəbbüsləri olmuşdu. Müxtəlif layihələr nəzərdən keçirilmiş, lakin onların heç biri reallaşmamışdı. 1922-ci ildə bu işə yenidən başlanılmış və ona rəhbərlik Pavel Pototskiyə tapşırılmışdı. P.Pototski 1919-cu ildə görmə qabiliyyətini itirsə də, çox təcrübəli mütəxəssis idi. 1923-cü ilin aprelində ilk quyu gündə 800 ton neft hasilatı ilə istismara verilmişdi. Ümumiyyətlə, Pototskinin rəhbərliyi ilə Bibiheybət buxtasında 300 hektar sahə qurudularaq, yeni neft mədəni yaradılmışdı. Pavel Pototski özünün məhz burada dəfn olunmasını vəsiyyət etmişdi. Onun məzarüstü abidəsində polyak, Azərbaycan və ingilis dillərində bu sözlər yazılıb: “Polşa mühəndisi Pavel Pototski (1879-1932). Bibiheybət buxtasını qurudaraq, dünyada ilk dəfə dənizin dibindən neft çıxarılmasına nail olmuşdur”.
URL / WWW
http://kelam.az/news/a-4028.html