Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Tahir Rzayev: “Bələdiyyələrin birləşməsi daha effektiv nəticə verir”
26.07.11 19:27

“Azərbaycanda bələdiyyələr ölkəmizin sosial-iqtisadi inkişafında fəal iştirak edirlər. Bələdiyyələrin fəaliyyətinin xeyli təkmilləşməsi onların uğurlar qazanmasında əsas səbəblərdən biridir”. Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib. T.Rzayev bildirib ki, bu prosesdə bələdiyyələrin birləşməsi də müsbət təsirini göstərib. Onun sözlərinə görə, bələdiyyələrin birləşməsi çox vacib və düzgün yoldur. “Çünki həm beynəlxalq, həm də yerli təcrübə göstərir ki, kiçik bələdiyyələrin birləşməsi daha effektiv nəticə verir”. Komitə üzvü qeyd edib ki, bələdiyyələrin birləşməsindən sonra onlar yerli məsələlərin həllində daha fəal şəkildə iştirak edirlər. Bu da yerli özünüidarə orqanlarına cəmiyyətin inamını artırır.
URL / WWW
http://kelam.az/news/a-4026.html